RU

QURBANOVUN HƏBSİNƏ HAZIRLIQ GEDİR? “Bu, adi kadr dəyişikliyi deyil...”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

İki gün əvvəl Vüqar Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsindən azad edilib. Qərar rəsmən elan olunsa da, səbəbləri barədə ictimaiyyətə geniş açıqlama verilməyib. Sabiq rəhbər isə Müşahidə Şurasının qərarını “normal qarşıladığını” bildirməklə kifayətlənib. 

Qeyd edək ki, Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.

Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müavini

- Agentliyin İdarə Heyəti sədrinin müavini

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini

Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir. Şuranın niyə belə bir qərar verdiyi isə açıqlanmır. 

Məsələ ilə bağlı müxtəlif iddialar səslənir.

“AzPolitika” xəbər verir ki, “Modern.az” özəl mənbələrə istinadla yazıb ki, qərar adi kadr dəyişikliyi ilə məhdudlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı, hətta sabiq rəhbərin məsuliyyətə cəlb olunmasının mümkün olduğu iddia edilir. Lakin hazırda rəsmi ittiham açıqlanmayıb.

Mənbələrin bildirdiyinə görə, araşdırmaların maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğu ilə bağlı olduğu ehtimal olunur.

"Milli.az"-ın məlumatına görə isə 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən TƏBİB-də yoxlamaların aparılması ilə bağlı məlumatlar yayılmışdı.

Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsilə əlaqəli olması istisna olunmur. İddialara görə yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.

Qurbanovun da bu heasaba böyük sərvət sahibi olduğu bildirilir. Onun təkcə 99-VJ-999 nömrəli "BMW X7" markalı şəxsi avtomobilinin ta bazar dəyəri 250-300 min manat olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycanda səhiyyə siyasətinin formalaşdırılmasına Səhiyyə Nazirliyi cavabdehdir. TƏBİB isə icraedici qurum kimi fəaliyyət göstərir və icbari tibbi sığorta sisteminin tətbiqində əsas rol oynayır.

Son illər TƏBİB-in böyük həcmdə dövlət vəsaitini idarə edən quruma çevrilməsi şəffaflıq və hesabatlılıq məsələlərini daha da aktuallaşdırıb. Ekspertlər hesab edirlər ki, rəsmi izahın verilməməsi müxtəlif versiyaların yayılmasına zəmin yaradır.

Hazırda prosesin hansı istiqamətdə inkişaf edəcəyi bəlli deyil. Bununla belə, müşahidəçilər baş verənləri səhiyyə sistemində daha geniş dəyişikliklərin başlanğıcı kimi qiymətləndirirlər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
azpolitika.info

1Источники