17 fevralda Cenevrədə keçirilən Rusiya, Ukrayna və ABŞ arasında danışıqların son mərhələsi "dalana dirənib".
“Cebheinfo.az” xəbər verir ki, bunu “Axios mənbələrə istinadən yazıb.
Mənbələrə görə, bu, Rusiyadan olan nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin mövqeyi ilə bağlıdır.
Bir mənbə bildirib ki, Rusiya nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarından şikayətləniblər. Onlar hesab edirdilər ki, Zelenski ciddi danışıqlar aparmır, əksinə, mümkün seçkilərdən əvvəl ölkə daxilində populyarlığını artırmağa çalışır.
TASS mənbəyi əvvəllər təxminən altı saat davam edən danışıqlar zamanı "böyük mövzular və böyük kompromislər"in müzakirə olunduğunu bildirmişdi. Agentliyin mənbəyinin sözlərinə görə, danışıqlar gərgin keçib. Medinski görüşdən sonra jurnalistlərlə danışmayıb.