RU

Tokayev Vaşinqtona səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ dövlət başçısı Donald Trampın dəvəti ilə Vaşinqtonda keçiriləcək Sülh Şurasının iclasında iştirak edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev 18-19 fevral 2026-cı il tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının iclasında iştirak etmək üçün Vaşinqtona işgüzar səfər edəcək", - deyə vurğulanıb.

Qeyd edək ki, ABŞ Azərbaycan Prezidenti İlham Əliyevi də Sülh Şurasının Vaşonqtonda keçiriləcək iclasına dəvət edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
31
missiya.az

1Источники