Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 18 fevral, AZƏRTAC
Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard 2027-ci ilin oktyabrında başa çatacaq 8 illik səlahiyyət müddəti bitmədən vəzifəsini tərk edə bilər.
AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Kristin Laqardın vəzifəsindən nə vaxt gedəcəyi hələlik məlum deyil. Bunun 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərindən öncə baş verməsi mümkündür.
Qeyd edək ki, Kristin Laqard 2019-cu il oktyabrın 18-də Avropa İttifaqının dövlət və hökumət başçıları tərəfindən qurumun Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.