2026-cı ilin Yanvar ayında Azərbaycanın Rusiyadan idxalının dəyəri 164 milyon 882 min dollar təşkil edib ki, bu da ötən ilin Yanvar ayı ilə müqayisədə 2 dəfə azdır.
Bu barədə Marja.az Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin Yanvar ayında Azərbaycanın Rusiyadan idxalının dəyəri 330 milyon 667 min dollar təşkil etmişdi.
2026-cı ilin Yanvar ayında Azərbaycanın Rusiyaya ixracının dəyəri 80 milyon 38 min dollar təşkil edib. Bu ötən ilin Yanvar ayı ilə ilə müqayisədə (81 milyon 145 min dollar) cüzi azdır.

