RU

Tokayev Qəzza Sülh Şurasının ilk iclası üçün Vaşinqtona gedir- ÖZƏL

Kasım-Jomart Tokayev 18-19 fevral 2026-cı il tarixlərində ABŞ-a işgüzar səfər edəcək.  Olaylar.az xəbər verir ki,  Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Vaşinqton şəhərində keçiriləcək Qəzza Sülh Şurasının ilk iclasında iştirak edəcək. Səfər Donald Tramp-ın dəvəti ilə baş tutacaq.
Məlumatda bildirilir ki, sammit zamanı əsas diqqət Qəzzada vəziyyətin sabitləşdirilməsinə, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, eləcə də davamlı humanitar dəstək mexanizmlərinin hazırlanmasına yönəldiləcək.
Səfər çərçivəsində Tokayevin ABŞ şirkətlərinin nümayəndələri ilə bir sıra görüşləri də planlaşdırılıb. Görüşlərdə iqtisadi əməkdaşlıq və investisiya imkanlarının müzakirə ediləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники