RU

Lənkəranda həkim məntəqəsinin ətrafı zibil içində… – VİDEO

Lənkəranda həkim məntəqəsinin ətrafı məişət tullantıları ilə zibillənib.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə Lənkəran rayonunun Göyşaban kəndində yerləşən həkim məntəqəsinin ətrafı məişət tullantıları ilə çirkləndirilir.

Kənd sakinləri deyir ki, məntəqə ətrafına tanımadıqları vətəndaşlar tərəfindən məişət tullantıları atılır və ərazini faktiki olaraq zibil poliqonuna çevirirlər. “Özünüz də hiss edirsiz, artıq ətrafda kəskin üfunət qoxusu yaranıb. Bu da antisanitar vəziyyətə səbəb olub. Ərazidə fəaliyyət göstərən həkim məntəqəsində uşaqlar peyvənd olunur, eləcə də tibbi müayinədən keçir, stomatoloji xidmətdən yararlanırlar”.
Məntəqədə çalışan tibb işçiləri də vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə üfunət və ağcaqanad səbəbindən pəncərələri açmaq mümkün olmur. Bu həm personal, həm də müraciət edən vətəndaşlar üçün ciddi narahatlıq yaradır.

Sakinlər aidiyyəti qurumlardan ərazinin qısa müddətdə tullantılardan təmizlənməsini və həmin əraziyə zibil qutularının yerləşdirilməsini xahiş edirlər.

Turab
NOCOMMENT.az

Избранный
75
nocomment.az

1Источники