GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Vaşinqtonda Sülh Şurasının iclasında iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Tədbir zamanı tərəflər Qəzzada vəziyyətin stabilləşdirilməsi, münaqişədən sonra növbəti addımların hazırlanması, həmçinin bölgədə təhlükəsizlik və dayanıqlı humanitar dəstəyin təmin edilməsi məsələlərinə diqqət ayıracaqlar.
Qeyd edək ki, 22 yanvar tarixində Tokayev Sülh Şurasının nizamnaməsini imzalayıb. Təşkilatın yaradılması mərasiminə onunla yanaşı üç ölkə lideri də qatılıb: Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan.
Xatırladaq ki, Nikol Paşinyan da ABŞ-a səfər edib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.