RU

NATO nun kəşfiyyat təyyarələri Ukraynaya kömək edir

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO-nun kəşfiyyat təyyarələri Ukraynaya Krımdakı hava hücumlarından müdafiə sistemlərini və digər hədəfləri izləməyə köməklik göstərir və bununla da Ukrayna hava hücumlarının effektivliyini artırır.

Reyting.az xəbər verir ki, Ukraynanın keçmiş kəşfiyyat zabitləri müttəfiqlərinin Ukrayna Silahlı Qüvvələrinə düşmən haqqında dəqiq məlumat əldə etməyə köməklik göstərdiyini düşünürlər.

Xüsusilə, 12 fevralda “Boeing E-3A” Sentry havadan erkən xəbərdarlıq və idarəetmə (AEW&C) təyyarəsi Rumıniya sahilləri üzərində patrul xidməti həyata keçirib. Onun əməliyyat ərazisi Krımı, Azov dənizinin bir hissəsini və Melitopola qədər ərazini əhatə edir. Təyyarə müşahidə aparır, hədəfləri izləyir və döyüş əməliyyatlarına rəhbərlik edir.

13 fevralda Qara dəniz üzərində gəmilər, sualtı qayıqlar, sahil istehkamları və bazalar haqqında məlumat toplaya bilən elektron dəstək sistemi ilə təchiz olunmuş “Boeing P-8A” Poseidon dəniz patrul və kəşfiyyat təyyarəsi fəaliyyət göstərib.

14-15 fevral tarixlərində isə 600 km-ə qədər məsafədə mobil telefonlardan radar stansiyalarına siqnalları ələ keçirə bilən “Bombardier ARTEMIS II” elektron kəşfiyyat təyyarəsi bölgə üzərində fəaliyyətdə olub.

Əvvəllər Ukrayna hərbi kəşfiyyatında xidmət etmiş təqaüddə olan kapitan anonimlik şərti ilə izah edib ki, kəşfiyyat məlumatları onlara Rusiya radar stansiyalarının, rabitə avadanlıqlarının və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini izləməyə, eləcə də mobil hədəflərin dəqiq yerlərini müəyyən etməyə imkan verir.

Bu məlumatları öz texniki və insan kəşfiyyatı ilə birləşdirən Ukrayna ordusu Krımda və dənizdə hədəflərə yüksək dəqiqliklə zərbələr endirməyi planlaşdıra bilər.

“Hava hücumundan müdafiə sistemlərinin və radar stansiyalarının dəqiq yerlərini bilmək bizə dronlar və raketlər üçün onların hədəflərinə nisbətən “təhlükəsiz” uçuş yollarını planlaşdırmağa imkan verir. Nə qədər dəqiq kəşfiyyata sahib olsaq, hücumlarımız bir o qədər uğurlu olar”, - deyə təqaüddə olan zabit qeyd edib.

Xatırladaq ki, son günlərdə Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krımda bir sıra hava hücumundan müdafiə vasitələrini, eləcə də nəqliyyat və desant gəmisini məhv edib. NATO kəşfiyyat təyyarələri hücumlar zamanı və sonra Qara dəniz üzərində səmada olub.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
62
reyting.az

1Источники