RU

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi imkanları müzakirə olunub

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Vyanaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Avstriyadakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında ölkəmizin Vyanadakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.

TÜRKPA-dan Herbiand.az -a verilən məlumata görə, görüş zamanı TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi, eləcə də bu istiqamətdə üzv dövlətlər tərəfindən göstərilə biləcək dəstək məsələlərini müzakirə edilib.

Bununla yanaşı, TÜRKPA-nın yaxın gələcəkdə ATƏT-in Xarici İşlər Nazirlərinin şurasının toplantısında iştirak perspektivi də nəzərdən keçirilib.

Səfir Rövşən Sadıqbəyli Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi adından TÜRKPA-nın ATƏT, eləcə də ATƏT PA ilə əməkdaşlıq prosesinə mümkün dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Избранный
85
9
herbiand.az

10Источники