RU

Laqardın AMB-dən mümkün gedişi ilə bağlı yayılan xəbərlərə rəsmi reaksiya verildi-ÖZƏL

Kristin Laqard hələlik Avropa Mərkəzi Bankının (AMB) rəhbəri vəzifəsindən vaxtından əvvəl ayrılıb-ayrılmayacağı ilə bağlı qərar verməyib. Olaylar.az xəbər verir ki,  bu barədə agentliyə AMB nümayəndəsi məlumat verib.
Qurum təmsilçisinin sözlərinə görə, "Prezident Laqard hazırda tam şəkildə öz vəzifələrinin icrasına fokuslanıb və mandatının başa çatması ilə bağlı heç bir qərar qəbul etməyib".
Bundan əvvəl Britaniyanın Financial Times qəzeti yazmışdı ki, Laqard səkkizillik səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatmamış vəzifəsindən ayrıla bilər. Nəşrin mənbələrindən birinin iddiasına görə, o, Fransanın hazırkı prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrixh Merz üçün Avropa İttifaqının ən mühüm institutlarından birinə yeni rəhbər seçmək imkanı yaratmaq niyyətindədir.
Hələlik Laqardın mümkün istefasının dəqiq vaxtı məlum deyil. Onun Fransada gələn ilin aprelində keçiriləcək prezident seçkilərindən əvvəl postunu tərk edə biləcəyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
83
olaylar.az

1Источники