RU

ABŞ  İrana şərt qoydu: Sanksiyalar dərhal ləğv olunmayacaq 

“Wall Street Journal” qəzeti yazır ki, ötən il keçirilən nüvə danışıqlarında iştirak etmiş şəxlər ABŞ-nin İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı konkret vəd vermədiyini bildiriblər.

Vətəninfo.az xəbər verir ki,  Vaşinqton danışıqlar zamanı sanksiyaların hansı mərhələdə və hansı şərtlərlə ləğv ediləcəyi barədə detallı plan təqdim etməyib. Eyni zamanda ABŞ administrasiyası İranın Qətərdə yerləşən maliyyə vəsaitlərinin əlçatmaz saxlanılması qərarını qüvvədə saxlayıb.

Çərşənbə axşamı baş tutan son danışıqlarla bağlı açıqlama verən adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Vaşinqton Tehranın hər hansı razılaşma çərçivəsində dərhal sanksiyalardan azad edilməsinə qarşıdır.

Rəsmi vurğulayıb ki, ABŞ mümkün razılaşmanın bir hissəsi olaraq İranın əsas nüvə obyektlərinin tam şəkildə sökülməsini istəyir.

Избранный
25
veteninfo.az

1Источники