RU

Mədəniyyət naziri məhkəmə qarşısına çıxarıldı

Rusiyada Başqırdıstanın mədəniyyət naziri Əminə Şafikova ilə bağlı istintaq tədbirləri davam etdirilir.

"Yeni Sabah" Interfax-a istinadla xəbər verir ki, o, ilkin olaraq Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham olunur.

"Nazir gecə saatlarında saxlanılıb. İş, çox güman ki, Moskvada araşdırılacaq. Bu, dövlət müqavilələri ilə bağlıdır", - agentliyin mənbəsi bildirib.

Hazırda məhkəmə prosesi davam edir və müvafiq orqanlardan rəsmi şərhlər gözlənilir.

Şafikova 2012-ci ildə Başqırdıstan Mədəniyyət Nazirliyinin rəhbəri olub və Z. İsmayılov adına Ufa Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən dövlət qulluğuna keçib. O, "Başqırdıstan Respublikasının əməkdar artisti" (2002), "Başqırdıstan Respublikasının xalq artisti" (2024) adlarına layiq görülüb və müxtəlif respublika və ümumrusiya müsabiqə və mükafatlarının laureatıdır.


Telegram kanalımız
Избранный
79
yenisabah.az

1Источники