RU

Dubaydan zinət əşyaları gətirən azərbaycanlı qadın Moskvada saxlanıldı

Кгышнф Federal Gömrük Xidmətinin (FGX - FTS) əməkdaşları Vnukovo hava limanında Moskvaya 18,5 milyon rubl (411 min 551 manat) dəyərində zərgərlik məmulatları qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

"Yeni Sabah" RBK-ya istinadla xəbər verir ki, Dubaydan gəlmiş qadın "yaşıl kanal"dan keçməyə çalışarkən gömrük əməkdaşları onun çamadanından 5 ağ metal üzük tapıblar.

Müayinə zərgərlik məmulatlarının orijinallığını təsdiqləyib. Zərgərlik məmulatları 18 karatlıq qızıldan və 24 karatlıq platindən hazırlanıb. Tərkibində brilyant inkrustasiyalar var. Zərgərlik məmulatları müsadirə edilib.

Hüquq-mühafizə orqanları strateji əhəmiyyətli malların qaçaqmalçılığına görə cinayət işi açıb. Qadın beş ilə qədər həbs cəzası və ya 1 milyon rubla qədər cərimə ilə üzləşir.


Telegram kanalımız
Избранный
35
yenisabah.az

1Источники