RU

ABŞ Yaxın Şərqə yenə  qırıcılar göndərdi

“Axios” nəşrinin məlumatına görə, ABŞ son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox “F-35”, “F-22” və “F-16” qırıcıları göndərib.

Analitiklər bildirirlər ki, bu miqyasda hərbi yerləşdirmə bölgədə onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirə bilər.

Bu addım Cenevrədə keçirilmiş  İran-ABŞ nüvə danışıqları ilə eyni vaxta təsadüf edib və Vaşinqtonun bölgədə artan hərbi fəallığının göstəricisi kimi dəyərləndirilir.

Bir ABŞ rəsmisi “Axios”a açıqlamasında bildirib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, ancaq hələ müzakirə edilməli çoxlu detallı məsələlər qalır. Mənbənin sözlərinə görə, İran iki həftə ərzində ABŞ-yə daha geniş təklif verəcəyinə söz verib.

Избранный
27
1
veteninfo.az

2Источники