RU

Sürüşmə zonasında qanunsuz tikinti aparılır ÖZƏL (VİDEO/FOTO)

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakının Badamdar qəsəbəsində, qəbiristanlıq ərazisindən Sədərək ticarət mərkəzi və Bakı dairəvi yoluna düşən istiqamətdə qeyri-qanuni tikinti işləri aparılır.Sakinlərin Demokrat.az-a bildirdiyinə görə hazırda dağ ətəyində yeni evlər ucaldılır. Bu prosesin ən təhlükəli tərəfi həmin ərazinin aktiv sürüşmə zonası olmasıdır.Sözügedən zona uzun illərdir aktiv sürüşmə sahəsi kimi xəritəyə alınıb. Geoloji baxımdan həssas hesab edilən bu yamaclarda aparılan inşaat işləri həm tikililərin gələcək dayanıqlığı, həm də ətrafdakı torpaq qatının sabitliyi üçün müəyyən risklər yarada bilər. Sakinləri düşündürən əsas məsələ isə belə çətin relyefdə tikintiyə hansı əsaslarla icazə verilməsidir.Ərazidə ağır texnikanın işləməsi və bünövrə qazılması torpağın strukturuna təsir göstərir. Bu vəziyyət həm ekoloji normaların qorunması, həm də gələcəkdə orada məskunlaşacaq insanların təhlükəsizliyi baxımından suallar doğurur. Tikintinin davam etdiyini göstərən faktlar mövcuddur və bu da narahatlığı artırır.Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışdıq. İcra Hakimiyyətindən bildirildi ki, araşdırma aparılır, qısa zamanda məlumat veriləcək.Qeyd edək ki, sözügedən ünvan Səbail rayonunun inzibati ərazisinə aid deyil.Xatırladaq ki, ötən gün sözügedən ərazinin yaxınlığında torpaq sürüşməsi baş verib.Kənan

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники