RU

Bu qədər insanı niyə işsiz qoyuruq? Ailələrini necə dolandıracaqlar

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Gürcüstanda istehsal ili 6 ildən çox olan avtomobillərin idxalına qoyulan qadağa sahə üzrə fəaliyyət göstərən sahibkarları çətin vəziyyətə salıb. Avtoidxalçılar Assosiasiyasının sədri Laşa Darbaiseli bildirib ki, bu tənzimləmə nəticəsində dilerlərin ən azı yarısı fəaliyyətini dayandırmalı olacaq.Demokrat.az xəbər verir ki, ekspertin fikrincə, qərar təkcə daxili bazara deyil, həm də reeksport imkanlarına ciddi zərbə vuracaq. Əvvəllər gətirilən avtomobil xaricə satılmadıqda, dilerlər onu ölkə daxilində satmaqla özlərini sığortalayırdılar. Laşa Darbaiseli vəziyyəti belə izah edib:"Biznes üçün bu, birbaşa şok və fəlakət olacaq. Avtoidxalçıların tək sığortası o idi ki, əgər avtomobili reeksport edə, xaricə sata bilməsəydi, onu Gürcüstanda gömrükdən keçirib yerli vətəndaşa daha ucuz qiymətə satırdı. İndi isə bu qeyri-mümkün olacaq, bu da reeksporta mənfi təsir göstərəcək".Ekspert bu addımın işsizlik dalğası yaradacağından narahatdır. O, təkcə idxalçıların deyil, avtoservis və ehtiyat hissələri sektorunda çalışanların da zərər görəcəyini vurğulayıb:"Düşünürəm ki, avtoidxalçıların ən azı 50 faizi bazarı tərk edəcək. Bu, işsiz insanlar və itirilmiş iş yerləri deməkdir. Təkcə idxalçılar deyil, servisdə çalışanlar, ehtiyat hissəsi gətirənlər... Bu insanlar hara gedir? Niyə onları işsiz qoyuruq? Ailələrini nə ilə dolandırmalıdırlar?"Assosiasiya sədri qeyd edib ki, 6 ildən gənc olan maşınların qiyməti 15-20 min dollardan başlayır və əhalinin çoxunun buna imkanı çatmır. Onun sözlərinə görə, qadağalar ekoloji vəziyyəti yaxşılaşdırmayacaq, əksinə, əldə olan köhnə maşınlar daha çox istismar ediləcək:"Vətəndaşlarımızın avtomobilə 20 min dollar ödəyib sonra onunla ailə dolandırmağa imkanı varmı? Bu qeyri-realdır. Qadağaların üstünə qadağa əlavə edirik, amma nəticə almırıq. Bu avtomobillər Gürcüstanda qalacaq, daha da köhnələcək və ekologiya pisləşəcək. Bunun hansı məntiqlə edildiyini başa düşmürəm".İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
demokrat.az

1Источники