RU

“Nyukasl”ın hücumçusu getmək istəyir

“Nyukasl”ın hücumçusu Nik Voltemade komandadan ayrılmaq niyyətindədir.

İdmanxeber.az “Bild”ə istinadən xəbər verir ki, 24 yaşlı alman forvard İngiltərədə özünü xoşbəxt hiss etmir və vətəninə qayıtmaq istəyir. Onun “Ştutqart” və ya “Bavariya”ya keçidə isti yanaşdığı bildirilir.

Xatırladaq ki, Voltemade mövsümün əvvəlində “Ştutqart”dan 75 milyon avroya transfer olunub. O, “Nyukasl”ın heyətində 38 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
49
idmanxeber.az

1Источники