RU

"Əgər vətəndaş qanunsuz ev tikibsə, bəs niyə işıq çəkirdilər, qaz, su verirdilər?" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub. O isə söz verib ki, bütün çatışmazlıqlar bir ay ərzində aradan qaldırılacaq.

Bəs qanunsuz tikililərlə bağlı bir aya hansı addımlar atıla bilər? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Respublikaçı Alternativ Partiyası siyasi komitəsinin sədri Natiq Cəfərli bildirdi ki, qanunsuz tikililər nə bir aya tikilib, nə də bir aya sökülə bilər:

"Qanunsuz tikili nə deməkdir? Bu anlayışı Azərbaycanda açmaq lazımdır. Əgər həmin vətəndaş ev tikibsə, ora artıq dövlət işıq, su və qaz çəkibsə və o da, məsələn, sayğac qoyub elektrik, yaxud su və qaz satırsa, deməli, dövlət bunu tanıyır. Niyə onda işıq çəkirdilər? Niyə qaz verirdilər? Niyə su verirdilər? Kommunal xidmətlər olmasa, insan yaşaya bilərmi? Yox, yaşaya bilməz. Ona görə də bu məsələ birdəfəlik həllini tapmalıdır. Yəni, qanunsuz tikili nə deməkdir, bu sökülərkən vətəndaşın hüquqları necə qorunmalıdır. Vətəndaş öz hesabına ev tikibsə və bu normal qaydalara uyğundursa, niyə ona çıxarış da verilməsin? Yəni bütün bu məsələlər kompleks həllini tapmalıdır. Təbii ki, bir aya bu problemi aradan qaldırmaq mümkün deyil".

Nuriyyə NATİQQIZI

Избранный
26
redaktor.az

1Источники