Birinci Liqanın 15-ci turunun MOİK - "Səbail" görüşündə qəribə hadisə yaşanıb.
Belə ki, görüşün 59-cu dəqiqəsində qonaqların baş məşqçi Adil Şükürov kapitan Yusif Nəbiyevin Kamran Quliyevlə əvəzlənməsini qərar verib.
Amma müdafiəçi meydandan çıxmaqdan imtina edib.
Şükürovun israrına baxmayaraq Nəbiyev fikrindən dönməyib.
Xatırladaq ki, hazırda 85-ci dəqiqəsi oynanılan görüşdə "dənizçilər" məğlub olur - 0:1.
Aşağıdakı linkə daxil olaraq başverənləri izləyə bilərsiniz: