RU

Zalujnı 2023-cü ildəki əks-hücum əməliyyatının uğursuzluğunda Zelenskini günahlandırıb

Ukrayna ordusunun 2023-cü ildəki əks-hücumu uğursuz oldu, çünki Prezident Vladimir Zelenski lazımi resursları ayırmadı.

Herbiand.az xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıy Associated Press-ə müsahibəsində bildirib.

O, NATO tərəfdaşlarının köməyi ilə plan hazırladığını söyləyib. Bu plan Zaporojye vilayətinin - burda Zaporojye AES yerləşir - bir hissəsini nəzarətə götürmək üçün kifayət qədər qüvvəni “tək bir qüvvəyə” cəmləşdirmək və sonra Azov dənizinə doğru cənuba irəliləməyi əhatə edirdi. Kiyevdə düşünürdülər ki, bu, Rusiya ordusunun Krıma təchizat yolunu kəsəcəkdi.

Zalujnıy bildirib ki, uğur “kütləvi, cəmlənmiş qüvvələr və taktiki sürpriz” tələb edirdi. Bunun əvəzində isə qüvvələr geniş əraziyə səpələnib, bu da onların hücum gücünü zəiflədib.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamışdılar.

Bəxtiyar CƏFƏRLİ

Избранный
112
herbiand.az

1Источники