RU

"Səbail"in futbolçusu Adil Şükürovun sözünə əməl etmədi

BAKI, 18 fevral. TELEQRAF

Azərbaycan I Liqasının XV turunda keçirilən “Səbail” – MOİK matçında qalmaqal yaşanıb.

Teleqraf-ın məlumatına görə, insident görüşün 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Yusif Nəbiyev ilə baş məşqçi Adil Şükürov arasında baş verib.

Belə ki, dördüncü hakim tabloda 74 nömrəli futbolçunun əvəzinə 30 nömrəli Kamran Quliyevin adını göstərib. Lakin komandanın kapitanı əvəzlənməyə razı olmayaraq oyunu davam etdirməkdə israr edib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
64
teleqraf.com

1Источники