Ümid edirəm ki, region xalqlarının rifahı naminə Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsi imzalanacaq.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Yunanıstan Prezidenti Konstantinos Tasoulas Ermənistan Prezidenti Vahan Xaçaturyanla görüşündə bildirib.
Xaçaturyan 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan bəyannamənin verdiyi imkanlar və Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylər barədə danışıb. Ayrı bir görüşdən sonra geniş tərkibli görüş baş tutub.
Telegram kanalımız