RU

Komitə sədri Qazaxıstan səfiri ilə görüşüb

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb, əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli siyasi əlaqələrin xüsusi rol oynadığı qeyd olunub. R.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dini-mənəvi dəyərlərin qorunması, tarixi ibadət yerlərinin bərpası, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb. Qeyd edib ki, bu siyasət yalnız dini irsin mühafizəsi ilə məhdudlaşmır, eyni zamanda xalqın tarixi yaddaşının, milli kimliyinin möhkəmləndirilməsinə, cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsinə xidmət edir. Dövlət Komitəsinin sədri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmini vurğulayıb. TDT-yə üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının təşkili ideyasının ortaq tarixi-mədəni irsə və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, birgə təşəbbüslərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Səfir Alim Bayel bildirib ki, tolerantlıq, dini və etnik müxtəlifliyə hörmət, cəmiyyət daxilində həmrəyliyin təşviqi hər iki ölkənin inkişaf modelinin əsas sütunlarındandır. Bu oxşarlıq Azərbaycan ilə Qazaxıstan arasında humanitar və mənəvi sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradır, ortaq təşəbbüslərin və platformaların formalaşdırılmasını şərtləndirir. Görüş zamanı Azərbaycan İlahiyyat İnstitutu ilə Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti arasında tələbə mübadiləsinin davam etdirilməsi, müvafiq qurumlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
2
azvision.az

4Источники