
Rusiya “Telegram” istifadəçiləri messencerdə nasazlıqlar yarandığını bildirirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində ümumilikdə 1563 istifadəçi xidmətdən şikayət edib.
Qeyd olunub ki, ən çox şikayət Yamalo-Nenets Muxtar Dairəsindən (4%), Sankt-Peterburqdan (3%) və Moskvadan (2%) gəlib.