RU

Ötən ay Naxçıvanda axtarışda olan 242 nəfər saxlanılıb

Bakı.Trend:

Naxçıvanda son bir ayda hüquqazidd əməllər törətməkdə şübhəlibilinən ümumilikdə 35 nəfər saxlanılaraq məsuliyyətə cəlbolunub.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, ötən ay ərzində keçirilən əməliyyat tədbirləriilə ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul,qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materialları, məişətəşyaları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəlibilinən 19 nəfər saxlanılıb.

Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrinqanunsuz dövriyyəsi ilə məşğul olan, vətəndaşların etibarındansui-istifadə edərək işə düzəltmək adı ilə pul vəsaitlərinimənimsəyən, eləcə də qanunsuz ovla məşğul olan 6 nəfər barəsindəmüvafiq tədbirlər görülərək məsuliyyətə cəlb olunub.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 29 ədəd odlusilah, 6 qaz tapançası, 10 avtomat darağı, 961 ədəd patron, 1 ədədəl qumbarası və 4 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.

“102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 2000-dən artıq müraciətoperativ şəkildə cavablandırılıb, daxil olan məlumatlar üzrə polisnaryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təminedilib.

Bununla yanaşı, mülki-hüquqi öhdəliklərin icrasından yayınan vəCinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 242nəfər saxlanılıb.

Vətəndaşların qəbulu zamanı müraciət edən 205 nəfərinmüraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb,qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərgörülüb, vətəndaş məmnunluğu təmin edilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir,saxlanılmış şəxslər barəsində məhkəmələrin qərarları ilə müvafiqqətimkan tədbirləri seçilib.

Избранный
92
6
az.trend.az

7Источники