RU

Qış Olimpiadasında yarış yarıda qaldı: trasaya canavar DAXİL OLDU

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, bu qeyri-adi anlar tribunadakı tamaşaçılar tərəfindən mobil telefonlarla lentə alınıb. Xizək trasına daxil olan canavar idmançıların önündə qaçmağa başlayıb və finiş xəttinə doğru irəliləyərək diqqət çəkib. Qısa müddətli çaşqınlıq yaradan hadisədə heyvanın marşrutu izləyərək sanki yarışı tamamlaması tamaşaçılar tərəfindən qeydə alınıb. Məsul şəxslər vəziyyətə operativ müdaxilə ediblər və yarış təhlükəsizlik tədbirləri çərçivəsində canavar qısa müddətdə nəzarət altına alınıb. Rəsmi məlumatlara görə, heç bir idmançı xəsarət almayıb. Həmin anlar tribunadakı tamaşaçılar tərəfindən mobil telefonlarla qeydə alınıb və görüntülər qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.

 

Избранный
71
Ajans.az

1Источники