RU

Cüdo, yunan Roma və sərbəst güləş üzrə ordu birinciliyi başa çatıb

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

2026-cı ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən cüdo, yunan-Roma və sərbəst güləş üzrə ordu birinciliyi başa çatıb.Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.Tədbirdə çıxış edənlər bu cür yarışların Azərbaycan Ordusunun şəxsi heyətinin fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında əhəmiyyətini xüsusi vurğulayıb, qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, birincilikdə cüdo, yunan-Roma və sərbəst güləş üzrə 10 çəki dərəcəsində 11 komandadan ümumilikdə 297 idmançı mübarizə aparıb.Yarışların hakimləri tərəfindən topladıqları xallara uyğun olaraq fərdi və komandalar üzrə qaliblər elan edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
3
sesqazeti.az

4Источники