RU

Almaniya Kansleri yetkinlik yaşına çatmayanlar üçün sosial media qadağasını dəstəkləyib

Berlin, 18 fevral, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts yetkinlik yaşına çatmayanlar üçün sosial media qadağasını dəstəklədiyini bildirib.

AZƏRTAC “Tagesspiegel” xəbər xidmətinə istinadla bildirir ki, Kansler siyasi podkastların birində bu barədə deyib: “Əgər bu gün 14 yaşında uşaqlar gündə beş saat və daha çox ekran qarşısında vaxt keçirirsə və bütün sosiallaşma artıq yalnız bu vasitə üzərindən aparılırsa, onda gənclərdə şəxsi inkişaf çatışmazlıqlarına və sosial davranış problemlərinə təəccüblənməyə dəyməz”.

Qadağalara qarşı çox ehtiyatlı yanaşdığını vurğulayan F.Merts bu barədə bildirib: “Qarşıya belə bir sual qoyulmalıdır: uşaqları belə yaşda necə qoruya bilərəm ki, onların oynamağa, öyrənməyə və məktəbdə diqqəti cəmləməyə vaxtı da olsun”.

O deyib ki, uşaqlar məktəbdə elektron mediadan düzgün istifadə etməyi öyrənməlidirlər. Lakin “uşaqları buna alışdırmaq lazımdır” arqumentini inandırıcı hesab etməyən Kansler bunu belə əsaslandırıb: “Onda elə gərək ibtidai məktəbdə uşaqlara alkoqol da verək ki, öyrəşsinlər”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
92
1
azertag.az

2Источники