RU

AQTİ-də işə düzəlmək istəyənlərin diqqətinə!

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda epidemioloq vəzifəsinə peşəkar kadrları əməkdaşlığa dəvət edir.
Bu barədə BUTA.TV-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Namizəd üçün tələblər: - Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə); - Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı; - Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər; - Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: - Yaxın inzibati ərazilərdə qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq; - Epidemioloji məlumatları toplayaraq, təhlil etmək və hesabatlar hazırlamaq; - Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək; - Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək; - Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; - Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək. Həmin tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi martın 18-dir.

Избранный
57
3
buta.tv

4Источники