Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Bu gün saat 21.45-də başlayacaq “Qarabağ” - “Nyukasl” oyununu izləyənlər arasında əcnəbi skautlar da olacaq.“Football-plus.az” bunun səbəbini öyrənib. Bəlli olub ki, onlar Elvin Cəfərquliyevlə Kamilo Durana “elçi düşüb”. Hansı klublardan ötrü gəldikləri bəlli deyil.Amma bir məqam var: qış “transfer pəncərəsi” bağlanıb, avropalılar indidən yay üçün futbolçu axtarır? Ümumiyyətlə, skautların məhz Elvin və Durandan ötrü gəldiklərindən xəbəriniz var? Bu sualları menecer Tural Əsgərova ünvanladıq:
“Bir klub bir futbolçunu uzun müddət də izləyə bilər. Burda “transfer pəncərəsi”nin açıq-bağlı olmasının heç bir əhəmiyyəti yoxdu. Skautların Duranla Elvini izləməsi ilə bağlı heç bir məlumata malik deyiləm”.
MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.