RU

“Transfer pəncərəsi”nin açıq bağlı olmasının heç bir əhəmiyyəti yoxdu” Elvinlə Duran üçün əcnəbi skautlar gəlib

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün saat 21.45-də başlayacaq “Qarabağ” - “Nyukasl” oyununu izləyənlər arasında əcnəbi skautlar da olacaq.“Football-plus.az” bunun səbəbini öyrənib. Bəlli olub ki, onlar Elvin Cəfərquliyevlə Kamilo Durana “elçi düşüb”. Hansı klublardan ötrü gəldikləri bəlli deyil.Amma bir məqam var: qış “transfer pəncərəsi” bağlanıb, avropalılar indidən yay üçün futbolçu axtarır? Ümumiyyətlə, skautların məhz Elvin və Durandan ötrü gəldiklərindən xəbəriniz var? Bu sualları menecer Tural Əsgərova ünvanladıq:

“Bir klub bir futbolçunu uzun müddət də izləyə bilər. Burda “transfer pəncərəsi”nin açıq-bağlı olmasının heç bir əhəmiyyəti yoxdu. Skautların Duranla Elvini izləməsi ilə bağlı heç bir məlumata malik deyiləm”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
100
1
icma.az

2Источники