RU

Britaniya polisi Epşteynin London hava limanından insan alveri üçün istifadə edib-etmədiyini araşdırır

London, 18 fevral, AZƏRTAC

Böyük Britaniya hüquq-mühafizə orqanları mərhum maliyyəçi və cinsi istismar cinayətlərində ittiham olunan Ceffri Epşteynin qadınları insan alveri məqsədilə Londondakı hava limanlarından biri vasitəsilə daşıyıb-daşımadığını araşdırır.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, ABŞ hökumətinin yanvar ayının sonunda Epşteynlə bağlı milyonlarla sənədi ictimaiyyətə açıqlamasından sonra, Londonun şimal-şərqində yerləşən Stansted hava limanına və oradan həyata keçirilən özəl uçuşlarla bağlı ortaya çıxan məlumatlar qiymətləndirilir.

Polisin yaydığı məlumata görə, hazırkı proses tammiqyaslı istintaq deyil, ilkin qiymətləndirmə mərhələsidir. Məqsəd dərc olunan sənədlərdə yer alan məlumatların Böyük Britaniyaya və ya Britaniya vətəndaşlarına mümkün təsirini müəyyənləşdirməkdir. Bununla yanaşı, Britaniya polisi Epşteynin ölkə ilə əlaqələrini araşdırmaq üçün milli səviyyədə koordinasiya qrupu yaradıb. Bu qrup ayrı-ayrı polis qurumlarının apardığı araşdırmalara dəstək vermək məqsədi daşıyır.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
106
1
azertag.az

2Источники