RU

Beyni olmayan qurbağaya bənzəyir Makron

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron NATO ilə bağlı sərt və diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Yelisey Sarayında çıxış edən dövlət başçısı NATO-nu beyni olmayan, lakin onurğa beyni olan parçalanmış qurbağaya bənzədib.

Onun sözlərinə görə, belə bir orqanizm reflekslərlə hərəkət edə bilər, lakin strateji düşüncə və vahid siyasi iradə olmadan fəaliyyət göstərə bilməz.

Makron bildirib ki, 2022-ci ildə baş verən hadisələr NATO-nu müəyyən mənada “oyadıb”. Lakin o, bu oyanışın keyfiyyətini sual altına alaraq alyans daxilində uzunmüddətli strateji baxış və siyasi koordinasiyanın yetərli olub-olmadığını müzakirəyə açıq qoyub.

Fransa lideri əlavə edib ki, Avropanın təhlükəsizlik arxitekturası daha müstəqil və davamlı mexanizmlərə əsaslanmalıdır.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
63
globalinfo.az

1Источники