İspaniya çempionatında fevral ayının ən yaxşı baş məşqçisi mükafatına namizədlər müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, ötən ayın nəticələrinə əsasən mükafat uğrunda 3 mütəxəssis mübarizə aparacaq. Bunlar Alvaro Arbeloa (“Real”), Jose Bordalas (“Xetafe”), Manuel Pelleqrinidir (“Betis”).
Qalib yaxın günlərdə açıqlanacaq.