RU

Yuve nin əfsanəsi İstanbuldakı fiasko haqda nələr dedi?

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

''Yuventus''un İstanbulda pərən-pərən düşməsinə bu klubun və İtaliya futbolunun əfsanəsi Alessandro Del Pyero da biganə qalmayıb. "Football-plus.az" xatırladır ki, çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununda İtaliya nəhəngi Türkiyə çempionuna 2:5 hesabı ilə uduzaraq 1/8 final şansını möcüzələrə buraxıb. ''Yuve'' tarixinin ən məhsuldar oyunçusu olan Del Pyero bunları deyib:

''Viktor Osimhen kimi futbolçuların varlığı belə rəqibi qorxutmaq üçün yetərlidi. Buz kimi soyuqqanlı və çox səviyyəli futbolçudu. Oyunun heç bir anında mübarizəni dayandırmır və təslim olmur. ''Qalatasaray'' həqiqətən mükəmməl bir oyun keçirdi. Özü də hələ Sane və İkardi kimi futbolçular ehtiyatda qalmışdılar. Şans qazanan futbolçuların hər biri əla performans ortaya qoydu. ''Yuve''dən qat-qat yaxşı oynadılar. ''Yuventus'' kimi bir klub maksimum performans sərgiləmədikdə bu matçda olduğu kimi uduzmaq riski ilə qarşı-qarşıya qalır. Eləcə də yersiz səhvlərə yol vermək və bunun acısını çəkmək riski ilə qarşılaşır. Meydanda xarakter nümayiş etdirməsən, rəqib səni əzib keçəcək! Bir komanda 3 gündən bir meydana çıxmaq və hər dəfə ən yaxşı oyununu sərgiləmək məcburiyyəttində qaldıqda həmin komandanın potensialını, eləcə də hədəflərini görmək mümkündü. ''Yuve''nin ÇL macərası başa çatdımı? Yaşayıb görəcəyik. Amma bir şey dəqiqdi ki, bu ''Yuve'' üçün avrokuboklarda mübarizəni dayandırıb həftədə bir dəfə oyuna çıxmaq dünyanın sonu olmayacaq''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
81
1
icma.az

2Источники