RU

Azərbaycan və Ermənistan xalqı sülhə hazırdır? VİDEO

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Elçin Şıxlı: “Bu insanlar ən azı psixoloji cəhətdən tez zamanda barışa hazır ola bilməzlər”

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına müsahibəsində Azərbaycan-Ermənistan sülh prosesi barədə fikirlərini bölüşüb.

Ötən həftə “Sülh körpüsü” çərçivəsində Ermənistanda azərbaycanlı və erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa” barədə sualı cavablandıran E.Şıxlı qeyd edib ki, əmin-amanlıq olanda insanlar yaratmağa, qurmağa meyilli olur.

“Hər halda, təmasların olması sülh prosesinə kömək edir. Artıq ölkə Prezidenti İlham Əliyev də son çıxışında bildirdi ki, son altı aydır cəbhədə atəş səsi eşidilmir, yaralanan yoxdur, itki verilmir. Hesab edirəm ki, bu, çox müsbət haldır”, - E.Şıxlı vurğulayıb.

Xalqların sülhə hazır olub-olmamasına gəlincə, müsahib bildirib ki, bu, daha uzun müddət tələb edən prosesdir: “Minlərlə insanlarımız müharibədə yaxınlarını, doğmalarını itiriblər. Təsəvvür edin ki, 30 il ərzində müharibənin əziyyətini çəkən milyona yaxın insanlar var idi. Bu ağrı-acıları insanların tez zamanda unutması mümkün deyil. Bu insanlar ən azı psixoloji cəhətdən tez zamanda barışa hazır ola bilməzlər. Bunun üçün xeyli müddət keçəcək”.

AJB sədrinin müsahibəsini təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
ayna.az

1Источники