RU

Xameneinin müşavirinin qızı ilə bağlı şok iddia yayıldı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İranın yüksək rütbəli hərbi dairələri ilə əlaqəli ailə üzvünə ölkədə daimi yaşayış icazəsi verilməsi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Australian” qəzeti məlumat yayıb.

Söhbət İranın ali rəhbəri Əli Xameneinin sanksiya tətbiq edilən müşaviri və SEPAH-ın keçmiş yüksək vəzifəli komandiri, general-mayor Yəhya Rəhim Səfəvinin qızı Haniyə Səfəvidən gedir.

Məlumata əsasən, o, 2024-cü ildə tələbə vizası ilə Avstraliyaya gəlib, daha sonra isə ixtisaslaşmış müstəqil viza alaraq daimi yaşayış icazəsi əldə edib.

Hazırda Haniyə Səfəvinin Avstraliyada müvəqqəti psixoloq kimi qeydiyyatdan keçdiyi bildirilir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
69
globalinfo.az

1Источники