RU

Livitt: Çirkab suları Vaşinqtonu fəlakətlə hədələyir

Livitt: Çirkab suları Vaşinqtonu fəlakətlə hədələyir

Vaşinqtonun mərkəzindən keçən Potomak çayına külli miqdarda çirkab sularının axıdılması regionda ekoloji fəlakət riski yaradıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu xəbərdarlıqla Ağ Evin mətbuat katibi Kerolayn Levitt çıxış edib. O, Merilend və Virciniya ştatlarının, eləcə də Kolumbiya dairəsinin rəhbərliyini rəsmi şəkildə federal hökumətə yardım üçün müraciət etməyə çağırıb.

Levittin sözlərinə görə, bu müraciət dövlətə imkan verəcək ki, Merilend qubernatoru Ues Mur tərəfindən uzun müddətdir baxımsız qalan və unudulan yerli infrastrukturu nəzarətə götürsün və vəziyyəti düzəltsin. Mətbuat katibi vurğulayıb ki, federal hökumət müdaxilə etməsə, çaydakı çirklənmənin fəsadları geridönməz ola bilər.

Artıq ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəhbəri Li Zeldin kommunal və ekoloji xidmətlərin Potomak çayındakı iriçaplı çirklənmənin aradan qaldırılması üçün işə başladığını bəyan edib. Prezident Donald Tramp da öz növbəsində kanalizasiya borularının partlaması nəticəsində Merilenddə genişmiqyaslı ekoloji fəlakətin yaşandığını diqqətə çatdırıb.

Избранный
85
afn.az

1Источники