RU

Toy ərəfəsində gəlini qaçırdılar: üzünə çili tozu atıblar

Hindistanda naməlum şəxslər toy ərəfəsində 21 yaşlı qızı qaçırıblar.

Publika.az xəbər verir ki, hadisəni üç kişi törədib. Olay qızın anası və qardaşının gözü qarşısında baş verib.

Alış-verişdən sonra anası və qardaşı ilə evə qayıdarkən 2 nəfər qızın üzünə çili tozu atıb və sonra onu qaçırıblar. Üçüncü şübhəli yaxınlıqda dayanıb və onların qaçmasına kömək edib.

Polisin məlumatına görə, bütün şəxslər eyni ərazidə yaşayır və ailə onları tanıyır.

Hadisədən sonra qəzəbli yerli sakinlər avtomobil yolunu bağlayaraq həmin şəxslərin tapılmasını tələb ediblər.

Избранный
65
50
publika.az

10Источники