Bu gün səhər saatlarında Bakı metrosunda gecikmə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, qatarlararası interval 8 dəqiqədən çox olub.
Gecikmə "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində olan xətdə baş verib. Nəticədə vaqonlarda və stansiyalarda sıxlıq yaranıb.
Gecikmənin səbəbi məlum deyil. Aidiyyəti üzrə sorğu verilib.
Telegram kanalımız