RU

Fransada baş örtüyünə görə cəzalandırılan tibb bacısına dəstək aksiyası

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paris, 19 fevral, AZƏRTAC

Paris İnzibati Məhkəməsinin qarşısında örtən tibbi papaq taxdığı üçün səkkiz ay müddətinə işdən uzaqlaşdırılan tibb bacısı Majdulin B.-yə dəstək aksiyası keçirilib. Onlar qərarı əsassız və ayrı-seçkilik xarakterli sanksiya kimi qiymətləndiriblər.

AZƏRTAC xbər verir ki, aksiyada iştirak edən deputat Sandrin Russo “müsəlman qadınlara qarşı bir ov” təəssüratı yarandığını bildirib. O, dövlət xəstəxanalarının kadr çatışmazlığı ilə üzləşdiyi bir vaxtda rəhbərliyin tibbi baş örtüyü məsələsinə görə belə sərt tədbir görməsini qəbuledilməz adlandırıb.

Həmkarlar ittifaqının nümayəndəsi Blandin Şovel isə səkkiz aylıq uzaqlaşdırmanın adətən ən ağır pozuntulara tətbiq edildiyini xatırladaraq, bu qərarı əsl qalmaqal kimi dəyərləndirib. Onun sözlərinə görə, baş örtüyü taxan digər tibb işçilərinə qarşı da təzyiq və hədələr mövcuddur.

Dəstəkçilər bildirirlər ki, tibbi papağın fasiləsiz taxılması dini simvol kimi qiymətləndirilə bilməz. Onlar Majdulin B.-nin işə bərpa olunmasını tələb edirlər.

Məsələ daha geniş kontekstdə Fransada islamofobiya ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Müsəlmanlara qarşı ayrı-seçkiliyi araşdıran müşahidə qurumunun 2025-ci il hesabatına görə, müsəlmanların 66 faizi son beş ildə irqçiliklə üzləşdiyini bildirib. Baş örtüyü taxan müsəlman qadınların üçdə ikisi isə zahiri görünüşlərinə görə ayrı-seçkilikdən ehtiyat etdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
71
2
azertag.az

3Источники