RU

İsrail ABŞ ın İrana mümkün zərbəsinə görə yüksək hazırlıq vəziyyətinə keçib

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"N12" telekanalının yaydığı məlumata görə, İsrail Vaşinqtonun İrana zərbə endirmə qərarı fonunda gözlənilməz vəziyyətlə üzləşməmək üçün ABŞ ilə sıx koordinasiya şəraitində genişmiqyaslı hazırlıq tədbirləri həyata keçirir.

Bizimyol.info xəbər verir ki, mənbə bildirir ki, İsrail “yüksək döyüş hazırlığı” rejimini qoruyub saxlayır və həm müdafiə, həm də hücum xarakterli müxtəlif ssenarilərə hazırdır. Bununla belə, əhaliyə göstərişlər verən İsrailin Arxa Cəbhə Komandanlığı hələlik təhlükəsizlik tələblərini sərtləşdirməyib.

"Ynet" portalının məlumatına görə, İsraildə hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp nüvə sazişinin mümkünlüyünə inamını itirdiyi üçün yaxın günlərdə İrana zərbə endirilməsi barədə göstəriş verə bilər. Portal həmçinin xəbər verir ki, əvvəlcə 19 fevral tarixinə planlaşdırılan İsrailin hərbi-siyasi kabinetinin iclası səbəbi açıqlanmadan 22 fevrala təxirə salınıb.

Portal iddia edir ki, son günlər Baş nazir Benjamin Netanyahu tərəfindən keçirilən qapalı müşavirələrdə, hətta İsrail ABŞ-ın mümkün hücumunda iştirak etməsə belə, İranın raket zərbəsi endirmə ehtimalı müzakirə olunub. Məlumata görə, Arxa Cəbhə Komandanlığı və ölkənin digər fövqəladə xidmət orqanlarına hərbi əməliyyatlara hazırlaşmaq barədə göstəriş verilib, təhlükəsizlik sisteminin bir sıra bölmələrində isə ən yüksək hazırlıq rejimi elan edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
bizimyol.info

1Источники