RU

Antarktida yaxınlığında böyük bir köpəkbalığı müşahidə edilib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Antarktida sahillərində ilk dəfə təxminən 3-4 metr uzunluğunda bir köpəkbalığı müşahidə edilib.

bizimyol.info xəbər verir ki, "Associated Press"in məlumatına görə, yırtıcı Cənubi Şetland adaları yaxınlığında quraşdırılmış kamera tərəfindən 490 metr dərinlikdə qeydə alınıb.

"Minderoo-UWA" Dərin Dəniz Ekosistemləri Tədqiqatları Mərkəzinin rəhbəri Alan Ceymsonun sözlərinə görə, köpəkbalıqları adətən Antarktidanın soyuq sularında yaşamır. Alimlər iqlim dəyişikliyi və okeanların istiləşməsinin yırtıcıların daha soyuq sulara miqrasiyasına təsir göstərmiş ola biləcəyinə inanırlar.

Köpəkbalıq ən isti su təbəqəsinin yerləşdiyi dəniz dibinin yamacında üzürdü. Alimlər digər bu cür yırtıcıların belə dərinliklərdə yaşaya və ölümdən sonra dibinə batan balinaların, kalmarların və digər dəniz canlılarının qalıqları ilə qidalana biləcəyi ehtimalını istisna etməyiblər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
bizimyol.info

1Источники