Bakı.Trend:
Əlcəzair Şimalda müstəmləkəçiliyin ən ağır hücumlarından birinəməruz qalıb. Bu, Fransanın “ikiqat sistemli” müstəmləkəçiliyiidi.
Trend xəbərverir ki, bu fikirləri antropoloq Hişem Daud “Neokolonializm vəQlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanıdeyib.
Antropoloqun sözlərinə görə, əlcəzairli fərdlər nəsillərarasıtravma yaşayıblar:
“İlk növbədə işgəncə və mənəvi təqib mövcud idi. İşgəncə fizikiyara yaradır, mənəvi təqib isə psixoloji zədə formalaşdırır.Fransız müstəmləkə ideologiyasında özünü “üstün irq” kimi təqdimetmə meyli vardı və bu fikir daha da dərinləşdirilirdi. Fransakolonial arxeologiyaya xüsusi diqqət yetirərək guya genetiküstünlüyü sübut etməyə çalışırdı. Fransız arxeoloq Stephane Zelle1911-ci ildə Əlcəzairin arxeoloji izləri haqqında yazmış vətədqiqatlarını Əlcəzairdəki arxeoloji abidələr üzərində cəmləmişdi.Onun araşdırmaları fransız müstəmləkə hakimiyyətinin guya “tarixihaqqını” göstərməyə yönəlmişdi”.
O vurğulayıb ki, Fransa yerli qanunları tətbiq edərəkəlcəzairliləri vətəndaşlıq hüququndan kənarda saxlayırdı.Beləliklə, əlcəzairlilər fransızlarla müqayisədə aşağı statusluhesab olunurdu:
“Fransızlar müxtəlif saxta elmi nəzəriyyələrə istinad edərəkəlcəzairli müstəmləkə olunmuş əhalinin beyin quruluşununfransızlardan aşağı olduğunu iddia edirdilər. Hətta bəzi fransızhəkimləri çıxışlarında kolonizə olunmuş xalq arasında “gerilik” və“vəhşilik” anlayışlarını genetik faktorlarla əlaqələndirir vəFransanın missiyasını guya bu “geri qalmışlığı” yaxşılaşdırmaq kimitəqdim edirdilər”.
Hişem Daud bilditib ki, azadlaşmağın ən yaxşı yolu qorxunuaşmaq, kollektiv fəaliyyət göstərərək müstəmləkə olunmuş xalqlarıntarixi irsini dəyərləndirmək, kollektiv yaddaşı araşdıraraq həqiqikimliyi bərpa etmək, kommunikasiya vasitələrini gücləndirmək vəazad, müstəqil sözün dövriyyəsinə şərait yaratmaqdır.