“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova 18 fevral 2026-cı il tarixində Şəhid Quluzadə Orxanın ev-muzeyini ziyarət edib.
QHT.az xəbər verir ki, ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad olunub, ailə üzvləri ilə görüş keçirilib. Ev-muzeydə Orxan Quluzadənin şəxsi əşyaları, fotoları və döyüş yolunu əks etdirən materiallarla tanışlıq olub.
Tünzalə Abduləlimova şəhid ailələrinə diqqət və qayğının hər zaman prioritet olduğunu vurğulayaraq, onların yanında olduqlarını bildirib. Qeyd olunub ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim uca tutulacaq.