RU

Günay Ağamalı köməkçisini döydürüb? – Özü danışdı

Ana Vətən Partiyasının (AVP) sədri deputat Günay Ağamalı atası Fəzail Ağamalının yas mərasimində öz köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi, Mirizadənin AVP-dən və köməkçi vəzifəsindən ayrılmaq istəməsi  ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Günay Ağamalı Pravda.az-a açıqlamasında köməkçisini döydürməsi barədə iddiaları təkzib edib.

 

“Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır...” - G.Ağamalı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 19 Fevral 2026, 10:36   
Избранный
107
5
pravda.az

6Источники