RU

Ağ Ev hədələdi: “İran üçün razılaşma müdrik addım olar”

Ağ Ev bildirib ki, İranın ABŞ ilə razılaşmaya getməsi “çox müdrik” addım olar. 

Açıqlama Donald Trumpın mümkün hərbi əməliyyat variantlarını müzakirə etdiyi barədə xəbərlər fonunda səsləndirilib. Mətbuat katibi Karoline Leavitt Prezidentin İranın nüvə proqramı ilə bağlı diplomatik həllə üstünlük verdiyini desə də, tərəflərin bəzi əsas məsələlərdə hələ də bir-birindən uzaq olduğunu vurğulayıb. 

Cenevrədə keçirilən danışıqlarda müəyyən irəliləyiş qeydə alınsa da, yekun razılaşma əldə olunmayıb. Bu arada ABŞ bölgədə hərbi mövcudluğunu gücləndirib. Belə ki,  təyyarədaşıyan gəmilər USS Abraham Lincoln və USS Gerald R. Ford Yaxın Şərq istiqamətində yerləşdirilib. Tehran isə hərbi təzyiqləri tənqid edərək, danışıqların davam etdiyini və mübahisələrin diplomatik yolla həllinə çalışdığını bildirib. 

Избранный
43
1
cebheinfo.az

2Источники