Bakı.Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2026-cı ilin yanvar ayı ərzində 4 hərrac keçirilib.Hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.
Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, cari ilin yanvar ayı ərzində özəlləşdirmədəndövlət büdcəsinə daxilolmalar 26,1 milyon manat təşkil edib. Bu isə2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manata yaxın vəya 23%artım deməkdir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvarayıərzində 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzindədaşınmazdövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindəndövlət büdcəsinə 4,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48% artımdeməkdir.
Beləliklə, 2026-cı ilin yanvar ayı ərzində dövlət əmlakınınözəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 31milyonmanat vəsait daxil olub, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5milyon manata yaxın və ya 27% artım təmin olunub.