RU

“Qarabağ”ın qapıçısı ÇL-də TOP-3-lüyə düşdü

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında ən çox seyv edən qapıçılar sırasında ilk üçlüyə yüksəlib.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı qolkiper Liqa mərhələsi və pley-off oyunlarında ümumilikdə 40 qurtarış edib. O, “Nyukasl”la matçda (1:6) 10 dəfə komandasını qoldan xilas edib.

Koxalski bu göstərici ilə 3-cüdür. Siyahıya 52 seyv ilə Nikita Haykin (“Bodo/Qlimt”) başçılıq edir. İkinci pillədə isə 44 qurtarışla Tibo Kurtua (“Real”) qərarlaşıb.

Избранный
59
3
idmanxeber.az

4Источники